Qəzzanın Türkiyəyə birləşdirilməsini təklif etdi

Qəzzanın Türkiyəyə birləşdirilməsini təklif etdi
Dünya 12-02-2025 - 19:57

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Qəzza ilə bağlı maraqlı açıqlama verib.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, Davudoğlu ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlamalarını tənqid edərək, fələstinlilərin sonuncu qanuni dövlətinin Osmanlı dövləti olduğunu vurğulayıb.

O, Fələstin dövlətinin yaradılmasından əvvəl Qəzza zolağında referendum keçirilməsini və onun muxtar hissə kimi Türkiyəyə birləşdirilməsini təklif edib.

PAYLAŞ: