Qəzzadakı ölümlərə görə BMT günahkardır - Fələstin XİN

Qəzzadakı ölümlərə görə BMT günahkardır -
Qəzza, BMT
Siyasət 23-10-2024 - 14:33

Fələstin Xarici İşlər Nazirliyi bəyanat yayaraq BMT Təhlükəsizlik Şurasının Fələstinə soyqırım müharibəsini dayandırmaqda davam edən uğursuzluğun nəticələrinə görə məsuliyyət daşıdığını bildirib.

O, Şuradan fələstinliləri, xüsusən də Qəzza zolağının şimal hissəsində ağır şəraitdə olanları qorumaq üçün BMT-dən səlahiyyətlərindən istifadə etməyi tələb edib.

Nazirlik Qəzza zolağının və işğal olunmuş İordan çayının qərb sahilinin ayrılmasını davam etdirməyə yönəlmiş hər hansı təklif olunan planların təhlükələri barədə xəbərdarlıq edərək, qanuni Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasının böhranı həll etməyin yeganə yolu olduğunu əlavə edib.

Bildirilib ki, müharibənin ertəsi günü ölkələrin qəbul etdiyi mövqelər onların iki dövlətli həllə dair həqiqi mövqeyini ortaya qoyur.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: