"Qəzza razılaşmasının taleyi İsraildən asılıdır" - HƏMAS

Dünya
11-02-2025 - 17:59
Qəzza zolağında atəşkəs haqqında razılaşmanın həyata keçirilməsi və girovların dəyişdirilməsi İsrailin hərəkətlərindən asılıdır.
Ajans.az xəbər verir ki, bu barədə HƏMAS-ın Qətərdəki siyasi bürosu məlumat yayıb.
"Problem icra zamanı işğalçı hakimiyyətin yol verdiyi pozuntular və sui-istifadələrlə bağlıdır", - deyə büro məlumatında qeyd edib.