Qayınanasının borcuna görə kürəkəni öldürüldü - ŞOK
Ramazan Usun Aksarayda qayınanasının 20 min lirə borcu olan şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub.
Ajans.az xəbər verir ki, hadisə 6dekabr saat 15.30 radələrində baş verib. Muhammet Ceritli'nin (26) idarə etdiyi avtomobil Ramazan Usun (29) idarə etdiyi və borclu Ümmühan A'nın (43) də içində olduğu avtomobilin arxasına çırpılıb.
Ramazan Us maşından düşüb Ceritliyə yumruq vurub. Dava böyüdükcə Ceritli əlindəki bıçaqla Ramazana hücum edərək sinəsindən və ayağından xəsarət yetirib.
Həmin vaxt yoldan keçən ailə həkimi Hüseyn Topuz yaralıya müdaxilə edib. Xəbər verildikdən sonra ünvana sağlamlıq və polis qrupu göndərilib. Ramazan Us xəstəxanada dünyasını dəyişib.
Nəzarətə alınan Ceritli ilk ifadəsində “Ramazan Usun qayınanası Ümmühan A-dan 20 min lirə alacaqdım. Hadisədən əvvəl Ramazan Us ilə telefonda bir-birimizi söydük. Nə vaxt ki, hadisə zamanı mənə yumruq vurdu, məni öldürəcəyini düşündüm, özümü xilas etmək üçün onu bıçaqladım” sözlərini deyib. Çeritli polis bölməsindəki əməliyyatlardan sonra sövq edildiyi məhkəmə tərəfindən həbs edilib.