"Qarabağ"ın məğlub olduğu oyunda iştirak edən hakimə SƏRT CƏZA - Uzaqlaşdırıldı

"Qarabağ"ın məğlub olduğu oyunda iştirak edən hakimə SƏRT CƏZA -
İdman 14-11-2024 - 12:16
 447

UEFA Premyer Liqa hakimi David Coote narkotikdən sui-istifadə etdiyinə görə cəzalandırıb.

Ajans.az xəbər verir ki, Coote bir müddət əvvəl Liverpul və Yurgen Klopun ünvanına söyüş söydüyü üçün lisenziyası əlindən alınmışdı.

UEFA Premyer Liqa hakimi Devid Kutun narkotikdən istifadə etdiyi videonun ortaya çıxmasından sonra onun hakimliyini dayandırıb. Bu qərarın “uyğun olmayan davranış” səbəbi ilə verildiyi və Kutun noyabrın 12-də məlumatlandırıldığı bildirilib.

İngiltərədə hakimləri təyin edən -  PGMOL Federasiyası ingilis hakimlə bağlı "İddialardan xəbərdarıq və bunu ciddi qəbul edirik. Devid Kut istintaq prosesində vəzifəsindən uzaqlaşdırılıb. Davidin rifahı bizim üçün son dərəcə vacibdir və biz ona bu prosesdə ehtiyacı olan dəstəyi verməkdə qərarlıdırlar”, - deyə bəyanat yayıb. 

Qeyd edək ki, “Qarabağ”ın ötən ilin əvvəlində  Konfrans Liqasının pley-off mərhələsində ikinci oyununa çıxdığı zaman Ağdam klubu Belçikanın “Gent” komandası ilə qarşılaşıb. Həmin oyunda “Qarabağ” penaltilərdə rəqibinə 3:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Əsas hakimlərin Villiam Kollum, Fransis Konnor, David Roome, Nikolas Valş olduğu oyunda, "VAR" hakimi David Coote (İngiltərə) olmuşdu.

PAYLAŞ: