Qalmaqallı futbolçu İslam dinini qəbul etdi

İdman
18-03-2025 - 12:15
Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes İslam dinini qəbul edib.
Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu digər müsəlmanların onu qəbul etməsi üçün məsciddə kəlmeyi-şəhadət oxuyub.
Promes Niderlanda müxtəlif cinayətlərdə ittiham olunaraq ümumilikdə 7,5 il həbs cəzasına məhkum edilib. Daha sonra o, 2024-cü ilin fevral ayında Dubayda törətdiyi yol qəzasına görə həbs olunub. Oyunçu sərbəst buraxıldıqdan sonra Birləşmiş Ərəb Əmirliklərinin “Yunayted” klubu ilə müqavilə imzalayıb.