PSJ azarkeşlərinə qadağa qoyuldu

Gündəm
27-03-2025 - 18:24
PSJ azarkeşləri Fransa çempionatının 27-ci turunun "Sent-Etyen"lə səfər oyunu stadiondan izləyə bilməyəcəklər.
Ajans.az xəbər verir ki, bu barədə Leura prefekturası qərar qəbul edib.
Prefektura hesab edir ki, matç ictimai iğtişaşlara səbəb ola bilər. Qurumun iki komandanın azarkeşləri arasında uzun müddətdir davam edən düşmənçiliyi nəzərə alaraq belə qərar verib.
Sərəncamda 2015-ci ilin yanvarından bu yana komandalar arasında keçirilən oyunlarda baş verən bir neçə insident də sadalanıb.
Qeyd edək ki, martın 29-da keçiriləcək "Sent-Etyen" - PSJ matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Mövzular:
Oxşar xəbərlər
Təyyarə qəzasının təhqiqatı ilə bağlı ilkin nəticələr gələn həftə açıqlanacaq
Gündəm07:30 / 24-01-25