Prezidentlərə bu yemək menyusu təqdim olundu - FOTO
Kazanda Rusiya Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə təşkil olunan rəsmi ziyafətin menyusu təqdim olunub.
Ajans.az-ın "SHOT"a istinadən məlumatına görə, dövlət rəhbərlərinə Tatar mətbəxindən kartoflu “Kıstıbıy” təqdim edilib.
İlkin yemək kimi nərə balığından və göbələkdən hazırlanmış düşbərə masaya düzülüb.
Menyuda o cümlədən, quzu baldırı və göyərti ilə hazırlanmış sudak balığı da yer alıb.
Rəsmi ziyafətdə içkilər Rusiya istehsalı olub.
Fotoda menyu: