Pələng yaşlı kişini parçalayıb ÖLDÜRDÜ - BU ÖLKƏDƏ

Pələng yaşlı kişini parçalayıb
Pələng
Dünya 20-01-2025 - 10:20

Hindistanın Madhya Pradesh əyalətində Bavli Tola kənd sakinləri pələng tərəfindən yaşlı kişiyə hücum olunduğu üçün meşə mühafizəçilərini döyüblər.

Ajans.az xəbər verir ki, bu barədə Devdiscourse məlumat yayıb.

Pələng 70 yaşlı Tulsiram Bhalavini meşədə otlaqdan evə qayıdarkən öldürüb. Onun həmkəndlilərinin sözlərinə görə, hadisənin səbəbkarı ehtiyatsız meşəçilər olub. Pələngin hücumundan sonra onlar iki meşə mühafizəçisini döyüb, maşınlarına ziyan vurublar.

Hadisədən xəbər tutan polis 11 nəfərə qarşı iğtişaşlar və vəzifəli şəxslərin əmlakına ziyan vurması ilə bağlı cinayət işi açıb. Xəsarət alan meşəçilər xəstəxanadadır. Bhalavinin ailəsinə təzminat ödənilib.

Bundan əvvəl Hindistanda pələngin Maharaştra ştatının sakinini öldürdüyü bildirilirdi. Yırtıcı heyvan kişi meşəni bambukdan təmizləyərkən ona yaxınlaşıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: