"Paşinyan Azərbaycanın şərtlərini qəbul etdi" - Erməni KİV

"Paşinyan Azərbaycanın şərtlərini qəbul etdi" -
Prezident
Dünya 20-12-2024 - 11:29
 347

Azərbaycan Prezidenti İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinə və "RİA Novosti" agentliyinə müsahibəsindən bir gün sonra, Ermənistanın baş naziri Nikol Paşinyan da bəzi açıqlamalar verib.

Ajans.az xəbər veir ki, bu barədə Ermənsitan mətbuatı məlumat yayıb. 

Ermənistan-Azərbaycan sərhədində 3-cü dövlətin qüvvələrinin xəbərdar edilməməsi, beynəlxalq məhkəmələrdə bir-birlərinə qarşı qaldırılan iddialar barədə razılığa gəliblər.

ER baş naziri Nikol Paşinyan bəyan edir ki, o, Azərbaycan prezidentinin sülh müqaviləsi imzalamaq şərtlərinə qarşı deyil, qeyd-şərtlə çıxış edir.

“Biz təklif edirik ki, üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı təminat Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmuş hissələrinə də şamil edilsin. Bu, məntiqlidir, çünki həmin ərazilərdə eskalasiya riski minimuma endirilməsə də, əhəmiyyətli dərəcədə azalıb”, - Paşinyan “Armenpress”ə müsahibəsində deyib.

PAYLAŞ: