Ömrümün axırına kimi Sizə minnətdar olacağam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.
Ajans.az xəbər verir ki, Prezidentlə görüşdə Xalq artisti həyəcan içində olduğunu bildirib.
"Mən bu gün səhərdən təbii ki, həyəcan içindəyəm. Möhtərəm cənab Prezident, bu gün mənim həyatımın ən xoşbəxt, ən mənalı və nəticəli günlərimdən biridir. Hörmətli cənab Prezident, bu gün Siz mənə elə bir zirvəni, elə bir qüruru bəxş etmisiniz ki, mən ömrümün axırına kimi Sizə minnətdar olacağam. Qoy Ulu Tanrı Sizi hifz eləsin, dövlətimiz üçün, xalqımız üçün, ailəniz üçün və bizim üçün qorusun. Allah Sizə o qədər güc-qüvvə versin ki, Siz bu böyük siyasətdə daha da yüksək zirvələri fəth edəsiniz", - o qeyd edib.