Goranboyda ata yeniyetmə qızını bıçaqlamaqda təqsirləndirilir

Goranboyda ata yeniyetmə qızını
Gündəm 27-03-2025 - 23:16

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

 Ajans.az xəbər verir ki,hadisə rayonun Balakürd kəndində qeydə alınıb

Kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov övladı 2008-ci il təvəllüdlü şərti adı G.C-yə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Yeniyetmə qıza Goranboy rayon Polis şöbəsində Goranboy rayon MX-nın əməkdaşları tərəfindən ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: