Novruzda otel qiymətləri – SİYAHI

Novruzda otel qiymətləri –
Cəmiyyət 11-03-2025 - 16:12

Novruz və Ramazan bayramları ərəfəsində ölkə daxilində və xaricdə səyahət etmək istəyənlər üçün ardıcıl 12 gün qeyri-iş günü olacaq. Bu günlərdən maksimum faydalanmaq istəyən vətəndaşlar, turizm agentliklərinin təklif etdiyi paketlərdən və yerli hotellərin xidmətlərindən yararlanmaq niyyətindədirlər.

Bəs bayram dövründə regionlardakı otel qiymətləri necə dəyişəcək?  

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi Ajans.az-a bildirib ki, regionlara müxtəlif turlar mövcuddur: 
‘’Son illərdə regionlarda alternativ yerləşdirmə mərkəzləri yaradılıb, məsələn, kiçik otellər, kənd evləri, ayframlər, korteclər, istirahət mərkəzləri və s. Eyni zamanda bu turları təşkil edən turizm şirkətləri də var. Bəzi istiqamətlərə gedən magistral yollar təmirdə olduğuna görə həmin regionlara maraq azalıb, amma xarici turistlər qəbul edilir. Bəzi ərazilərə, məsələn, cənub zonası, Masallı, Lerik kimi rayonlara isə maraq daha da artıb. Buradakı magistral yolun rahat olması əlavə üstünlükdür. Həmçinin, bəzi istiqamətlərə sürətli qatarlar da təşkil olunub. Təkliflər çoxdur və qiymətlər keçən illə oxşardır, yəni böyük artım yoxdur. 5 ulduzlu otellərə sifariş dayandırılıb, bu da həmin otellərə olan yüksək tələbatı göstərir. 5 ulduzlu otellərin qiyməti təxminən 270 manatdan başlayıb, 450 manata qədər dəyişir. Kiçik yerləşmə məkanlarında isə qiymətlər müxtəlifdir. Gecəsi 15 manatdan başlayan korteclər mövcuddur. Qeyd etmək lazımdır ki, münasib qiymətə xidmətlər də təklif olunur. Səyahətinizi öncədən planlaşdırmağınızı tövsiyə edirəm, çünki bu zaman müxtəlif təkliflərlə tanış ola bilərsiniz. Son anda rezervasiya etdikdə isə təkliflər azalır, qiymətlər isə artır’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: