Reklam resmi
Reklam resmi

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət

Sabah Bakının Binəqədi rayonunun 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Ajans.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sulutəpə, Xocəsən və Çiçək qəsəbələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mövzular:
qaz

Digər Xəbərlər