Reklam resmi
Reklam resmi

Bu ərazilərdə yeni metro stansiyaları AÇILACAQ - ŞAD XƏBƏR

Bu ərazilərdə yeni metro stansiyaları AÇILACAQ - ŞAD XƏBƏR
Cəmiyyət

“Bakı Metropoliteni” QSC-nin tikilməsi planlaşdırılan yeni stansiyalarının 6-sı Bənövşəyi xətt, 4-ü Yaşıl xətt üzrə olacaq.

Ajans.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, artıq 6 stansiyanın yeri müəyyənləşdirilib.

“Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metronun mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır”, - deyə nazir müavini əlavə edib.

Mövzular:
metro stansiya

Digər Xəbərlər