Reklam resmi
Reklam resmi

"Şrek" filmindəki uzunqulağın prototipi ÖLDÜ

\"Şrek\" filmindəki uzunqulağın prototipi ÖLDÜ
Şou Biznes

"Şrek" cizgi film seriyasındakı uzunqulaq personajının prototipi olan Perri adlı eşşək ABŞ-də xəstəlikdən sonra 30 yaşında ölüb.

Ajans.az xəbər verir ki, bu barədə Kaliforniya ştatının Palo-Alto şəhərində eşşəklərə qulluq edən "Barron Park" layihəsinin "Instagram" səhifəsində məlumat verilib.

Məlumata görə, heyvan laminit xəstəliyindən - dırnaq sümüyünü dırnaq divarına birləşdirən həssas yumşaq toxumanın (laminanın) iltihabından əziyyət çəkirdi. Dözülməz ağrılar səbəbindən eşşək evtanaziya edilib.

Qeyd edək ki, uzunqulaq "Şrek" franşizasındakı eyniadlı baş qəhrəmanın ən yaxın dostudur.

Mövzular:
"Şrek" eşşək ölüm

Digər Xəbərlər