Hazırda bu yollarda sıxlıq var - SİYAHI
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu barədə Ajans.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Hal-hazırda yollardakı vəziyyət: 1. Zərifə Əliyeva küçəsində; 2. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 3. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 4. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.