Reklam resmi
Reklam resmi

Hacıqabulda AĞIR qəza: Xəsarət alanlar var

Hacıqabulda  AĞIR qəza: Xəsarət alanlar var
Hadisə

Hacıqabulda baş verən qəzada 2 nəfər ağır yaralanıb.

Ajans.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Peugeot” markalı avtomobil “Kamaz” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində iki nəfər kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Muğan kəndi Hacıqabuld

Digər Xəbərlər