Reklam resmi
Reklam resmi

Rusiya İstintaq Komitəsi də qəzadan sonra İSTİNTAQ BAŞLATDI

Rusiya İstintaq Komitəsi də qəzadan sonra İSTİNTAQ BAŞLATDI
Gündəm

Rusiya Federasiyasının İstintaq Komitəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayan Bakı-Qroznı reysini həyata keçirən, göyərtəsində Rusiya vətəndaşlarının olduğu sərnişin təyyarəsi ilə bağlı iş açıb.

Ajans.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Rusiya İstintaq Komitəsi Qazaxıstanda göyərtəsində Rusiya vətəndaşlarının olduğu təyyarənin qəzaya uğramasının səbəblərini müəyyənləşdirir”, - deyə məlumatda bildirilir.

İstintaq işi hava nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması maddəsi ilə araşdırır. Bildirilib ki, baş verənlərin bütün hallarının, səbəblərinin və şəraitinin müəyyən edilməsinə yönəlmiş istintaq-əməliyyat tədbirləri kompleksi təşkil edilib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya İstintaq Aktau Hava limanı İstintaq başlatdı

Digər Xəbərlər