Reklam resmi
Reklam resmi

Azərbaycan Niderlanda yeni səfir GÖNDƏRİR

Azərbaycan Niderlanda yeni səfir GÖNDƏRİR
Cəmiyyət

Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib.

Ajans.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə Məmməd Bahəddin oğlu Əhmədzadə təyin edilib.

O, Azərbaycanın Argentinada (2010–2015), Paraqvayda, Boliviyada, Uruqvayda, Çilidə (2011–2015), İtaliyada, Maltada və San-Marinoda olan fövqəladə və səlahiyyətli səfiri (2016–2022) vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Niderlandda səfiri Rəhman Mustafayev 2024-cü ilin oktyabrında vəzifəsindən geri çağırılaraq, Rusiyada Azərbaycanın səfiri vəzifəsinə təyin edilib.

Mövzular:
İlham Əliyev səfir təyin

Digər Xəbərlər