Reklam resmi
Reklam resmi

Bakıda orta əməkhaqqı artıb

Bakıda orta əməkhaqqı artıb
İqtisadiyyat

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 min 252,7 manat təşkil edib.

Bu barədə Ajans.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3 % artıb.

Qeyd edək ki, 9 ayda Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 993 manat təşkil edib.

Mövzular:
əməkhaqqı Bakı muzdlu işçilər

Digər Xəbərlər