Reklam resmi
Reklam resmi

Oyuna saatlar qalmış "Qarabağ"a ağır itki: Onlar da oynaya bilməyəcək

Oyuna saatlar qalmış \"Qarabağ\"a ağır itki: Onlar da oynaya bilməyəcək
İdman
5244

"Qarabağ" FK-nın 3 futbolçusu UEFA Avropa Liqasının "Elfsborq"a qarşı keçirəcəkləri matçını buraxacaq.

Ajans.az-ın xəbərinə görə, Ağdam təmsilçisi əvvəlki zədələrindən ötəri Aleksey İsayev və Kevin Medinanı oyuna buraxa bilməyəcək. Bundan əlavə, komandanın müdafiəçisi Bəhlul Mustafazadə də "Elfsborq"la matçda iştirak edə bilməyəcək.

Məlumata görə, Mustafazadə oyunun hazırlığı zamanı bud arxa əzələsinin gərilməsi ilə üzləşib və bu səbəbdən 1 aydan çox yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, "Qarabağ" və "Elfsborq" komandaları arasında UEFA Avropa Liqasının VI turu qarşılaşması bu gün baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

author picture
Ajansaz Muxbir

Digər Xəbərlər