Reklam resmi
Reklam resmi

Trampın yeni planı nədir?

Trampın yeni planı nədir?
Gündəm

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişə ilə bağlı sülh razılaşması əldə etmək niyyətində olduğunu bəyan edib.

Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin yeni rəhbəri “Time” jurnalına müsahibəsində bildirib.

“Mən sülh razılaşmasına nail olmaq istəyirəm və bunun yeganə yolu təslim olmamaqdır”, - respublikaçı deyib.

Trampdan Ukraynaya hərbi yardımdan imtina edib-etməyəcəyi soruşulub və o cavab verib ki, Vaşinqtonun Kiyevə dəstəyindən münaqişənin həlli üçün mümkün danışıqlarda Moskvaya “rıçaq kimi” istifadə edəcək.

Bundan əvvəl Tramp Ukrayna Silahlı Qüvvələrinin (AFU) Amerikanın uzaqmənzilli raketlərini Rusiya ərazisinə endirmək icazəsini tənqid edib. Siyasətçinin fikrincə, bu yolla Vaşinqton sadəcə olaraq Rusiya-Ukrayna münaqişəsini gərginləşdirir və onu daha da pisləşdirir.

author picture
Ajans_az Muxbir
Mövzular:
Tramp Ukrayna Rusiya Müsahibə Plan

Digər Xəbərlər