Reklam resmi
Reklam resmi

ABŞ-də iki bioloq girov götürüldü  

ABŞ-də iki bioloq girov götürüldü  
Dünya

ABŞ-nin Kaliforniya ştatında yerləşən meşə massivlərinin birində iki şəxs ABŞ Meşə Xidmətinin işçilərini girov götürüb.

Ajans.az xəbər verir ki, hadisə barədə FTB-nin (Federal Təhqiqatlar Bürosu) direktoru Keş Patel məlumat verərək, zərərçəkən şəxslərin iki bioloq olduğunu bildirib.

FTB rəhbəri qeyd edib ki, girovların xilas olunması məqsədilə həyata keçirilən əməliyyat təqribən 10 saat davam edən danışıqlardan sonra müsbət nəticələnib. Mütəxəssislər azad edilsələr də, onların səhhəti barədə açıqlama verilməyib.

Mövzular:
ABŞ Kaliforniya meşə massivi bioloq

Digər Xəbərlər