Reklam resmi
Reklam resmi

Bakı metrosunda problem yarandı

Bakı metrosunda problem yarandı
Gündəm

Bakı metrosunda yenidən problem yaranıb.

Ajans.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Bildirilir ki, "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən baxış keçirilib.

Əlavə texniki baxış tələb olunduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib. 

Nəticədə, Qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.

Mövzular:
qatar depo yubanma

Digər Xəbərlər