Reklam resmi
Reklam resmi

Xameneinin oğulları ilk dəfə görüntüləndi - VİDEO

Xameneinin oğulları ilk dəfə görüntüləndi - VİDEO
Dünya

İranın sabiq Ali rəhbəri Seyid Əli Xameneinin oğulları – Mustafa, Məsud və Meysəm Xamenei 40 günlük müharibənin başlanmasından sonra ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxıblar.

Ajans.az IRNA-ya istinadən xəbər verir ki, onlar paytaxt Tehranda keçirilən matəm mərasimində ön sırada əyləşiblər.

Məlumata görə, fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələrdən sonra İranın yeni ali dini lideri seçilən Müctəba Xamenei təhlükəsizlik səbəbindən mərasimdə iştirak etməyib.

Bazar günü yerli vaxtla saat 08:00-da Tehrandakı İmam Xomeyni Musallasında ayətullah Xamenei və ailə üzvlərinin cənazələri üçün cənazə namazı qılınıb. Cənazə namazı dəfn və ya vida mərasimindən əvvəl kollektiv şəkildə icra olunan islam dəfn mərasimidir.

Mərasimə ayətullah Sobhani rəhbərlik edib. Tədbirdə ölkənin ali rəhbərliyinin nümayəndələri və çoxsaylı vətəndaşlar iştirak ediblər.

Mərasimdə İran Prezidenti Məsud Pezeşkian, Məhkəmə Hakimiyyətinin sədri Qulam Hüseyn Möhseni-Ejei və parlamentin sədri Məhəmməd Baqir Qalibaf da iştirak ediblər.

https://t.me/Ajansaz_official/2450

Mövzular:
Xamenei vida mərasim

Digər Xəbərlər