Reklam resmi
Reklam resmi

Bakı–Naxçıvan reysləri hava şəraiti səbəbindən LƏĞV EDİLİB

Bakı–Naxçıvan reysləri hava şəraiti səbəbindən LƏĞV EDİLİB
Cəmiyyət

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

Ajans.az xəbər verir ki, Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Digər Xəbərlər