Reklam resmi
Reklam resmi

Xaricdə təhsil alanlara XƏBƏRDARLIQ: MÖHLƏT...

Xaricdə təhsil alanlara XƏBƏRDARLIQ: MÖHLƏT...
Hərbi

Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına hərbi xidmət möhlətinin verilməsi üçün tələb olunan şərtlər açıqlanıb.

Ajans.az xəbər verir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində xaricdə əyani təhsil alan tələbələrə hərbi xidmət möhlətinin verilməsi qaydasından danışıb.

O bildirib ki, təhsil möhlətinin verilməsi qanunvericiliklə tənzimlənir və xaricdə təhsil alan hər bir şəxs qanunda nəzərdə tutulan şərtlərə əməl etdiyi halda bu hüquqdan yararlana bilər.

Generalın sözlərinə görə, söhbət akkreditasiyadan keçmiş ali təhsil müəssisələrində əyani formada təhsil alan Azərbaycan vətəndaşlarından gedir. Bunun üçün təhsil aldıqları ölkədə apostil olunmuş sənədlər Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiqlənməli və qanunvericilikdə müəyyən edilmiş müddətdə Dövlət Xidmətinə təqdim olunmalıdır.

Mürsəl İbrahimov vurğulayıb ki, tələbələr sənədləri vaxtında təqdim etdikləri halda onlara təhsil möhləti verilir.

O əlavə edib ki, çağırışçı statusu əldə edən və xaricdə təhsil alan şəxslər təhsillərini təsdiq edən müvafiq sənədləri ilk mərhələdən təqdim etdikdə də qanunvericiliyin tələblərinə uyğun şəkildə onların müraciətlərinə baxılır.

Mövzular:
Hərbi xidmət Möhlət

Digər Xəbərlər