Reklam resmi
Reklam resmi

Bu ərazilərdə QAZ OLMAYACAQ

Bu ərazilərdə QAZ OLMAYACAQ
Cəmiyyət

Sabah Lənkəran rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ajans.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, 18.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Lənkəranın Sınovli və Osaküçə kəndlərinin tam olaraq, Vilvan kəndinin isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Qeyd olunub ki, təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.

Mövzular:
Qaz Lənkəran Azəriqaz

Digər Xəbərlər