Azərbaycan ticarətində üstünlük təşkil edən ÖLKƏLƏR QRUPU
2026-cı ilin yanvar-may aylarında Azərbaycanın MDB, Avropa İttifaqı və digər ölkələr qrupları ilə xarici ticarət dövriyyəsinin həcmi məlum olub.
Ajans.az xəbər verir ki, idxal və ixrac üzrə ümumi ticarət dövriyyəsi 20 milyard 788 milyon 217 min 900 ABŞ dolları təşkil edir.
MDB ölkələri ilə ticarət dövriyyəsi 2 milyard 184 milyon 32 min 310 ABŞ dolları təşkil edib. Bu məbləğin 787 milyon 289 min 710 ABŞ dolları ixracın, 1 milyard 396 milyon 742 min 600 ABŞ dolları isə idxalın payına düşüb.
Avropa İttifaqı Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi isə 7 milyard 683 milyon 358 min 900 təşkil edib. Bunun 6 milyard 671 milyon 162 min 20 ABŞ dolları ixrac, 1milyard 12 milyon 196 min 880 ABŞ dolları isə idxal olub.
Digər ölkələrlə ticarət dövriyyəsi isə 10 milyard 920 milyon 826 min 690 ABŞ dolları təşkil edib. Bu göstəricinin 6 milyard 511 milyon 436 min 810 ABŞ doları ixracın, 4 milyard 409 milyon 389 min 880 ABŞ dolları isə idxalın payına düşüb.
Mələksəda Ziyad