Reklam resmi
Reklam resmi

Mərkəzi Bank yaşıl maliyyə ilə bağlı yeni mərhələyə keçir

Mərkəzi Bank yaşıl maliyyə ilə bağlı yeni mərhələyə keçir
İqtisadiyyat

Mərkəzi Bank maliyyə sektorunda ESG prinsiplərinin tətbiqini genişləndirir və yaşıl maliyyə üzrə yeni mexanizmlər formalaşdırır.

Ajans.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dayanıqlı maliyyə sisteminin qurulması məqsədilə 2023-cü ildə Dayanıqlı Maliyyə Yol Xəritəsi istifadəyə verilib.

Şahin Mahmudzadə qeyd edib ki, yol xəritəsi maliyyə institutlarının potensialının artırılması, tənzimləyici boşluqların aradan qaldırılması, ESG risklərinin idarəetmə sistemlərinə inteqrasiyası və bazarda şəffaflığın gücləndirilməsi istiqamətlərini əhatə edir:

“Maliyyə institutlarının yaşıl iqtisadiyyatın tələblərinə uyğunlaşması üçün bir sıra addımlar atmışıq. Bu çərçivədə Milli Yaşıl Maliyyə Taksonomiyasının hazırlanması, ESG prinsiplərinin tətbiqi və iqlim risklərinin idarə olunmasına dair təlimatların hazırlanması mühüm əhəmiyyət daşıyır. Mərkəzi Bank maliyyə institutlarından ESG meyarlarını öz strategiyalarına və korporativ idarəetmə sistemlərinə inteqrasiya etməyi tələb edir.

Onun sözlərinə görə, yaşıl maliyyə sahəsində həyata keçirilən təşəbbüslər beynəlxalq standartlarla uyğunlaşmanı sürətləndirməklə yanaşı, yaşıl kapitalın ölkəyə cəlb edilməsinə də töhfə verəcək:

"Yaşıl maliyyə taksonomiyalarının uyğunlaşdırılması məqsədilə beynəlxalq tərəfdaşlarla birgə layihələr həyata keçirilir. Yaşıl keçid yalnız ekoloji məsələ deyil, həm də iqtisadi inkişaf və yeni maliyyə imkanlarının yaradılması üçün vacib istiqamətdir”.

Mələksəda Ziyad

Mövzular:
Mərkəzi Bank maliyə. mərhələ Banklar

Digər Xəbərlər