Reklam resmi
Reklam resmi

İqtisadiyyatın əsas sütunu İslam maliyyəsidir

İqtisadiyyatın əsas sütunu İslam maliyyəsidir
İqtisadiyyat

Bakıda keçirilən 14-cü Özəl Sektor Forumu çərçivəsində çıxış edən Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) Baş Əməliyyat direktoru Nazeem Noordali halal iqtisadiyyatın inkişafında İslam maliyyəsinin həlledici rol oynadığını bildirib.

Ajans.az xəbər verir ki, o, halal iqtisadiyyatın əsasını şəriətə uyğun bizneslərin təşkil etdiyini və İslam maliyyəsinin bu sistemdə yalnız dəstəkləyici bir alət kimi çıxış etdiyini vurğulayıb.

Nazeem Noordalinin sözlərinə görə, halal iqtisadiyyatın davamlı inkişafı üçün qlobal öhdəlik, vahid yanaşma və sərhədlərarası idarəetmə mexanizmlərinin formalaşdırılması vacibdir:

“Halal biznes olmadan halal iqtisadiyyatdan danışmaq mümkün deyil. İslam maliyyəsi isə bu sistemin əsas sütununu dəstəkləyən vasitədir. Qlobal  səviyyədə halal iqtisadiyyatın inkişafı üçün aydın ticarət yol xəritələrinin hazırlanması və şəriətə uyğun ticarət maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsi vacibdir".

Onun sözlərinə görə, İslam maliyyə alətləri təkcə daxili iqtisadiyyatı deyil, həm də ixrac, təchizat zənciri və beynəlxalq ticarət əlaqələrini dəstəkləyən əsas mexanizmlərdən birinə çevrilib:

“Biz həm kiçik, həm də böyük miqyaslı bizneslər üçün təchizat zənciri dəstəyi, beynəlxalq halal təlimlər və korporativ maliyyələşdirmə mexanizmləri təqdim edirik. Halal iqtisadiyyatın qlobal inkişafı üçün dövlətlər və beynəlxalq təşkilatlar arasında koordinasiya və standartlaşdırılmış ticarət sistemi zəruridir".

Mələksəda Ziyad

Mövzular:
İqtisadiyyat İslam maliyyəsi

Digər Xəbərlər