Nəqliyyat vasitələri 10% endirimlə satışa çıxarılır
İyulun 7-i tarixində hərracda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus avtomobillər satışa çıxarılacaq.
Ajans.az xəbər verir ki, avtomobillər əsasən “Chevrolet” və “Mitsubishi” markalıdır.
1989-2010-cu illər aralığında istehsal edilmiş müxtəlif nəqliyyat vasitələrinin start qiyməti 1 080-2 700 manat arasında dəyişir. Hərracda iştirak etmək istəyən şəxslər start qiymətinin 10%-i həcmində beh ödəməlidirlər.
Satışa çıxarılan nəqliyyat vasitələri arasında 2 ədəd 2010-cu il buraxılışlı "Chevrolet Aveo" 4 680 manat, 2 ədəd "Mitsubishi L300" yük-sərnişin avtomobili isə 3 600 manatla satışa çıxarılıb.
Qeyd edək ki, nəqliyyat vasitələrinin bir hissəsi 3-cü dəfə 10% endirimlə təkrar, digərləri isə hərracın nəticəsi ləğv edildiyindən 2-ci dəfə satışa çıxarılır.
Mələksəda Ziyad
Mövzular: