Reklam resmi
Reklam resmi

Kənd təsərrüfatı ilə məşğul olanların NƏZƏRİNƏ- YENİ QANUN HAZIRLANIR

Kənd təsərrüfatı ilə məşğul olanların NƏZƏRİNƏ- YENİ QANUN HAZIRLANIR
İqtisadiyyat

"Dövlət Proqramının uğuru yalnız maliyyə və institusional dəstək deyil, həm də müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılması ilə bağlıdır".

Ajans.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

"Bu səbəbdən qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mühüm normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

İlk növbədə, aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi üçün “Aqrar sahə haqqında” yeni qanunun hazırlanması nəzərdə tutulur. Bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunla təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaqdır. Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaqdır".

author picture
Murad Əliyev
Mövzular:
Məcnun Məmmədov Milli Məclis

Digər Xəbərlər