Bolqarıstanın yeni hakimiyyəti Ukraynaya silah GÖNDƏRMƏYƏCƏK
Bolqarıstanın yeni hökuməti Ukraynaya silah göndərilməsini dayandırmaq niyyətindədir.
Ajans.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məlumata görə, rəsmi Sofiya hərbi yardım siyasətinə yenidən baxmağı planlaşdırır.
Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bildirib ki, “Ukraynaya daha çox silah yox, daha çox insan lazımdır”. O, həmçinin münaqişənin hər iki tərəfi üçün “ədalətli sülh” çağırışı edib.
Hökumətin bu qərarı Avropa İttifaqı daxilində Ukraynaya hərbi dəstək mövzusunda fərqli yanaşmaları yenidən gündəmə gətirib.
Mövzular: