Reklam resmi
Reklam resmi

Kreml Paşinyanı təbrik ETMƏDİ- Nəticələr DƏYİŞİLDİ?

Kreml Paşinyanı təbrik ETMƏDİ- Nəticələr DƏYİŞİLDİ?
Dünya

Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanı mümkün seçki qələbəsi münasibətilə təbrik etməzdən əvvəl səsvermənin rəsmi nəticələrinin açıqlanmasını gözləyəcək.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

“Yekun rəsmi nəticələri gözləmək vacibdir. Biz məhz rəsmi nəticələrin açıqlanmasını gözləməyə üstünlük veririk”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskovun sözlərinə görə, seçki prosesi zamanı Ermənistan tərəfi tərəfindən çoxsaylı qanun pozuntuları qeydə alınıb. O qeyd edib ki, bu səbəbdən səsvermənin rəsmi yekunları xüsusi əhəmiyyət daşıyır.

Kreml nümayəndəsi əlavə edib ki, Moskva seçkilərin nəticələri ilə bağlı yekun qərarını rəsmi məlumatlar dərc olunduqdan sonra verəcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin Nikol Paşinyan Ermənistan

Digər Xəbərlər