BƏƏ uçuş məhdudiyyətlərini uzadıb
Birləşmiş Ərəb Əmirlikləri hakimiyyəti ölkənin hava məkanında əvvəllər qüvvədə olan uçuş məhdudiyyətlərini 23 iyun tarixinə qədər uzadıb.
Ajans.az xəbər verir ki, BƏƏ hava limanlarına və onlardan uçuşlar üçün altı dəhliz və hava sərhədi keçid məntəqəsi ayrılıb.
Mayın 5-də BƏƏ hakimiyyəti xarici aviaşirkətlərə ölkəyə uçuşlar zamanı potensial əməliyyat risklərini qiymətləndirməyin vacibliyi barədə xəbərdarlıq edib. Uçuşları həyata keçirmək üçün daşıyıcılar riskləri qiymətləndirməli, sorğu təqdim etməli və tələb olunan bildirişi gözləməlidirlər. Bu prosedur repatriasiya uçuşlarına, tibbi uçuşlara və ya dövlət uçuşlarına şamil edilmir.
Mövzular: