Azərbaycanla Əfqanıstanın ticarəti 34 dəfə artıb
Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi bu ilin yanvar-aprel aylarında 10,7 milyon dollar dəyərində olub.
Ajans.az xəbər verir ki, bu, illik müqayisədə 34,5 dəfə artıb.
Hesabat dövründə Azərbaycanın Əfqanıstana ixracının dəyəri 10,7 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 56,9 min dollar dəyərində olub.
Mövzular: