Ukraynalı komandir Azov dənizindəki gəmilərə endirilən zərbəni TƏSDİQLƏDİ- VİDEO
Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, “Madyar” ləqəbi ilə tanınan Robert Brovdi Azov dənizindəki gəmilərə endirilən zərbənin Ukrayna qüvvələri tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Ajasn.az xəbər verir ki, Brovdi bununla bağlı sosial şəbəkədə paylaşım edərək hücumun görüntülərini yayımlayıb.
Məlumata görə, sözügedən zərbə nəticəsində Azərbaycan vətəndaşları da həlak olub.
Hadisənin bütün təfərrüatları və itkilərlə bağlı məlumatlar müvafiq qurumlar tərəfindən araşdırılır.
Mövzular: