Reklam resmi
Reklam resmi

Gömrükdə sınaq müddəti keçmədən VƏZİFƏYƏ TƏYİNAT- ŞƏRTLƏR

Gömrükdə sınaq müddəti keçmədən VƏZİFƏYƏ TƏYİNAT- ŞƏRTLƏR
Cəmiyyət

Gömrük orqanlarında sınağın keçirilməsi qaydası və şərtləri təsdiqlənib.

Ajans.az-ın əldə etdiyi məlumata görə, gömrük orqanlarında rəhbər vəzifələrə təyin olunan şəxslər, dövlət qulluqçusu və ya əvvəllər dövlət qulluğunda işləmiş və müvafiq ixtisas dərəcəsinə malik olan şəxslər, həmçinin elmi dərəcəsi olan şəxslər üçün sınaq müddəti müəyyən edilməyəcək.

Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla daimi xidmətə qəbul edilirlər.

Sınaq müddəti müəyyən edilmiş şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 6 aya qədər sınaq müddəti təyin olunur. Bu şəxslər xüsusi rütbə verilmədən vəzifəyə təyin edilir və sınaq müddəti ərzində yalnız vəzifə maaşı alırlar.

Sınaq müddəti işə qəbul haqqında əmrdə göstərilir və Dövlət Gömrük Komitəsi tərəfindən qısaldıla bilər.

Sınaq müddətinin nəticələri şəxsə təyin olunan mentor, eləcə də ilkin peşə hazırlığı kursunu həyata keçirən Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən qiymətləndiriləcək.

Qaydaya əsasən, sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarının vəzifəli şəxsləri üçün nəzərdə tutulan hüquq və vəzifələrə malik olacaq, xidmət keçmə şərtlərinə riayət etməli və bu şərtlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.

Sınaq keçmə prosesi şəxsin vəzifəyə təyin olunduğu gömrük orqanının müvafiq struktur bölməsində həyata keçiriləcək.

author picture
Murad Əliyev
Mövzular:
Gömrük vəzifə təyinat

Digər Xəbərlər