Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
"VFS Global" ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və BƏƏ-də Monteneqronun yeni viza müraciət mərkəzləri fəaliyyətə başlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Monteneqeo Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, uzunmüddətli və qısamüddətli viza müraciətçiləri artıq Abu-Dabi, Dubay və Bakıdakı "VFS Global" mərkəzlərində müraciətlərini daha rahat şəkildə təqdim edə bilərlər.
Mövzular: