Reklam resmi
Reklam resmi

La Liqada mövsümün ƏN YAXŞISI SEÇİLDİ

La Liqada mövsümün ƏN YAXŞISI SEÇİLDİ
İdman

Türkiyə millisinin və “Real Madrid”in futbolçusu Arda Gülər növbəti uğura imza atıb.

Ajans.az  xəbər verir ki, gənc yarımmüdafiəçinin La Liqada “Elçe”yə vurduğu qol 2025/26 mövsümünün ən yaxşı qolu seçilib.

Arda Gülər martın 14-də “Santyaqo Bernabeu”da keçirilən “Real Madrid” – “Elçe” matçında topu öz meydançasında ələ keçirib. O, rəqib qapıçı Matias Dituronun irəlidə olduğunu görərək təxminən 65 metrdən dəqiq zərbə ilə fərqlənib.

“Real Madrid”in 4:1 hesablı qələbə qazandığı görüşdə vurulan bu qol daha əvvəl mart ayının ən yaxşı qolu da seçilmişdi.

Qeyd edək ki, Arda Gülər 2026-cı il dünya çempionatında Türkiyə millisinin heyətində çıxış edəcək.

Mövzular:
Türkiyə millisi “Real Madrid” Arda Gülər La Liqa “Elçe”

Digər Xəbərlər