Ana səhifə / Dünya / Nənə 31 kiloqram narkotiki keçirməyə ÇALIŞDI Nənə 31 kiloqram narkotiki keçirməyə ÇALIŞDI Dünya 04-06-2026 - 16:45 Nigeriyada hüquq-mühafizə orqanları iki çamadanda gizlədilmiş 31 kiloqram marixuana aşkar etdikdən sonra 63 yaşlı qadını həbs edib. Ajasn.az xəbər verir ki, Tinq Hunq Kionq adlı qadın saxlanılıb. O, çantaların ona səfərdən əvvəl qızı tərəfindən verildiyini iddia edib. Lakin hüquq-mühafizə orqanları onun izahatını inandırıcı hesab etməyib və qadın barəsində həbs qərarı verilib. Hadisə ilə bağlı istintaq davam edir. Leyla Bayandurlu