Reklam resmi
Reklam resmi

Meymunçiçəyi virusu ilə bağlı QALMAQAL- Alimlər...

Meymunçiçəyi virusu ilə bağlı QALMAQAL- Alimlər...
Dünya

ABŞ federal prokurorları Montana ştatında yerləşən dövlət laboratoriyasında çalışan iki alimi təhlükəli virus nümunələrini ölkəyə qanunsuz gətirməyə cəhd göstərməkdə və gömrük əməkdaşlarına yalan məlumat verməkdə ittiham ediblər.

Ajans.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

İttiham olunan şəxslər Hollandiya vətəndaşı Vinsent Munster və Kamerun əsilli alim Klod Kvedirdir. Bildirilir ki, onlar təhlükəli patogenlərlə işləyən mütəxəssislərdir və fəaliyyətləri ciddi dövlət qaydaları ilə tənzimlənir.

İstintaq materiallarına əsasən, alimlər yanvar ayında Konqo Respublikasının paytaxtı Brazzavildən Detroyt hava limanına gəliblər. Gömrük əməkdaşlarına təqdim etdikləri məlumatda çantalarında diaqnostik avadanlıqlar olduğunu bildiriblər.

Lakin yoxlama zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları çantadan 113 flakon biomaterial aşkar ediblər. Nümunələr üzərində aparılan analizlər zamanı yoxlanılan 20 flakondan 17-də meymunçiçəyi (mpox) virusu müəyyən edilib. ABŞ rəsmilərinin məlumatına görə, sözügedən virusun 2022-ci ildə ölkədə yayılması nəticəsində 42 nəfər həyatını itirib.

Prokurorluq qeyd edib ki, şübhəlilər epidemioloji risk daşıyan biomaterialları kommersiya reysi ilə daşıyıblar. Onlar təqsirli bilinəcəkləri təqdirdə beş ilədək azadlıqdan məhrum edilə bilərlər.

ABŞ Milli Səhiyyə İnstitutları hadisə ilə bağlı artıq müvafiq kadr tədbirlərinin görüldüyünü, istintaq orqanları ilə tam əməkdaşlıq etdiklərini və baş verənlərin ictimaiyyət üçün hər hansı təhlükə yaratmadığını açıqlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Meymunçiçəyi ABŞ Montana ştatı

Digər Xəbərlər