Yasamalda Changan yandı - VİDEO
Paytaxtın Yasamal rayonu ərazisində avtomobildə yanğın baş verib.
Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “CHANGAN” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.
Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
View this post on Instagram
Mövzular: