Ajans.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, hadisə yerində 31 yaşlı Xacaq Basmacyan, iki yaşlı Alek Basmacyan və altı günlük Ella Basmacyanın cəsədləri aşkar edilib. 30 yaşında olan qadının kimliyi isə yaxınlarına məlumat verildikdən sonra açıqlanıb.
İlkin araşdırmalara əsasən, qadın əvvəlcə iki uşağını və ərini güllələyib, daha sonra isə onunda meyiti tapıldı.
Məlumata görə, 28 may axşamı 911 xidmətinə zəng daxil olub. Hadisə yerinə polis əməkdaşları, xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.