Manatla geniş pul kütləsi 14 %-dən çox artıb
Bu ilin mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 50 milyard 168,1 milyon manat təşkil edib.
Ajans.az xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 %, ilin əvvəli ilə müqayisədə 0,6 %, 2025-ci ilin eyni dövrünə nisbətən 6,3 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 40 milyard 480,4 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,2 %, ilin əvvəli ilə müqayisədə 0,2 %, ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.
Mövzular: