Azərbaycanda tələbə VƏFAT ETDİ
Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi vəfat edib.
Ajans.az xəbər verir ki, Ağsu rayonunun Bico kəndindən olan və universitetdə energetika mühəndisliyi ixtisası üzrə ali təhsil alan Nahid Xalid oğlu Həmzəyev dünyasını dəyişib.
Bildirilib ki, 2-ci kurs tələbəsi olan 2007-ci il təvəllüdlü N.Həzməyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş.(Sumqayıt24)
Mövzular: