Reklam resmi
Reklam resmi

Çoxuşaqlılıq meyarı dəyişə BİLƏR?

Çoxuşaqlılıq meyarı dəyişə BİLƏR?
Cəmiyyət

Milli Məclisin deputatı Günay Ağamalının uşaqlı ailələr və uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə müzakirələrə səbəb oldu. Onun fikrincə, uşaq pulu bir sıra ailələrdə tənbəllik yarada bilər.

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Ajans.az-a açıqlama verib.

Sosioloq  bildirib ki, uşaq pulu valideynlərdə məsuliyyətsizlik yaratmır. Əksinə, bu müavinət ailələrin rifahına müsbət təsir göstərir və uşaqların daha yaxşı şəraitdə böyüməsinə imkan yaradır. Bir çox ölkələrdə bu cür sosial dəstək demoqrafik artımı stimullaşdırmaq üçün istifadə olunur.

O qeyd edib ki, Azərbaycanda son illər demoqrafik ləngimə müşahidə olunur. Son 10 ildə doğulanların sayında azalma qeydə alınıb, eyni zamanda yaşlı əhalinin artım tempi yüksəlib. Bu tendensiya davam edərsə, gələcəkdə məktəblərdə şagird sayının azalması və müəllim ixtisarları kimi problemlər yarana bilər.

“Uşaq pulunun bərpası və uşaqların sayına görə diferensial şəkildə verilməsi doğum səviyyəsinə müsbət təsir edə bilər. Bundan əlavə, yeni doğulan uşaqlar üçün müəyyən məbləğin yatırıldığı hesabların açılması da təşviqedici addım kimi qiymətləndirilir.”

O, həmçinin vurğulayıb ki, çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsini təklif edir və bu cür sosial dəstək ailələrdə tənbəllik yaratmır, əksinə, dövlətə inamı gücləndirir.

author picture
Zərif Sofiyeva
Mövzular:
Çoxuşaqlılıq meyar Dəyişmə

Digər Xəbərlər