Reklam resmi
Reklam resmi

Sürücülərə şad XƏBƏR- Bakıda minib-düşmə yerləri YARADILDI

Sürücülərə şad XƏBƏR- Bakıda minib-düşmə yerləri YARADILDI
Cəmiyyət

Paytaxtın Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Ajans.az xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Belə ki, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında “3.28” - “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub. Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında “3.28” - “durmaq qadağandır” nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.

Mövzular:
Bakı sürücülər sərnişinlər

Digər Xəbərlər